DİA.AZ: - "Lerik rayonunun 33-cü kilometrində yerləşən "Qala" Ailəvi İstirahət Mərkəzindən şikayətim var". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Sədrəddin Hacıyev adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "3 nəfər yemək yeməyə getdik, ofisiantı çağırıb sifarişimizi verdik. Süfrəyə gətirdikləri ət sanki "rezinka" kimi dartılırdı... çeynəmək olmadı.
Şikayətimizi etsək də, heç kəs bizi vecinə almadı... 58 manat pulumuzu aldıla, və hətta artıq söz-söhbətlər də yarandı.
Görəsən kimsə bu iaşə sahəsinə nəzarət edirmi???"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...